Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.