Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 13-16 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 11-16, dağlarda gecə 0-3, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.