Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
07:53 05.11.2012
1066
Noyabrın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 12-16, gündüz 17-22 dərəcə isti olacaq.Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunu təşkiledəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.Naxçıvan Muxtar Respublikasındahava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 5-10, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 3-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 9-14, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarındagündüz hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.Temperaturun gecə 6-11, gündüz 14-19 dərəcə isti, dağlarda 2-6, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındagündüz hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Temperaturun gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında, əsasən, axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.Temperaturun gecə 11-16, gündüz 18-23 dərəcə, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR