Bu günün hava proqnozu

Bu günün hava proqnozu
Bütün Xəbərlər
07:54 22.10.2012
884
Oktyabrın 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
AZXEBER.COM-un AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 15-18, gündüz 22-26 dərəcə isti, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq.Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 7-12, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 4-9, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 8-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 13-17, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR