Azərbaycanda ağır yol qəzası: ölən var

Azərbaycanda ağır yol qəzası: ölən var
Bütün Xəbərlər
07:50 11.10.2012
1052
Bu gecə saat 00.10-da Xaçmaz – Quba yolunun 7-ci kilometrliyində, Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz rayonu Əlibəy kəndinin sakini Babayev Saleh Qərib oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobil yolun sağ tərəfində ağca çırpılaraq aşıb. Qəza nəticəsində 32 yaşlı sürücü hadisə yerində ölüb, avtomobil isə yararsız vəziyyətə düşüb.Faktla bağlı ANS PRESS əməkdaşına məlumat verən Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Hafiz Əliyev ilkin ehtimala görə, sürücünün sərxoş olduğunu və sürət həddini aşdığını bildirib. Dəqiq səbəblərin məhkəmə tibbi ekspertizasının rəyindən sonra məlum olacağını deyən Hafiz Əliyev Xaçmaz morqunda olan meyitin araşdırmanın başa çatmasından sonra ailəsinə təhvil veriləcəyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR