Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
07:45 26.09.2012
1435
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli zəif yağış yağacağı ehtimalı var.
Temperatur gecə 16-20, gündüz 22-27 dərəcə isti olacaq.Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-85 faiz, gündüz 60-65 faiz olacaq.Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.Temperatur gecə 12-17, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 12-17, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,Quba-Qusar-Xaçmaz rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 11-16, gündüz 24-29 dərəcə olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan, Neftçala rayonlarındahava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı vardır.Temperaturun gecə 16-20, gündüz 26-31 dərəcə, dağlarda gecə 8-13, gündüz 19-23 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR