Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.