AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın az buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 22-27, gündüz 36-38 dərəcə, yarımadanın bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Bakıda gecə 25-27, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 40-45 faiz olacaqdır.Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 20-25, gündüz 34-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir.Temperaturun gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 21-24, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir.Temperaturun gecə 19-24, gündüz 32-37 dərəcə olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava, əsasən, yağmursuz keçəcək.