AZAL işçi axtarır

AZAL işçi axtarır
Bütün Xəbərlər
10:38 12.08.2012
4387
«Azərbaycan Hava Yolları» QSC (AZAL) təyyarə bələdçisi işləmək istəyən qızlar üçün sənəd qəbulunu elan edib.AZAL-dan AZXEBER.COM-a verilən məlumata görə, sənədlərin qəbulu avqustun 27-dən sentyabrın 1-dək saat 10:00-dan 17:00-dək həyata keçiriləcək. Namizədlərin seçimi müsabiqə yolu ilə aparılacaq.
 
Müsabiqədə 18 yaşından 23 yaşınadək, boyu 165 sm-dən aşağı olmayan, Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmağı bacaran, gözəl görünüşlü qızlar iştirak edə bilər.Müsabiqəyə qatılmaq istəyən namizədlər; şəxsiyyət vəsiqəsi, bir fotoşəkil (3x4), xarici pasport, diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa) təqdim etməlidirlər.
OXŞAR XƏBƏRLƏR