Azərbaycan ordusunun əsgəri intihar edib.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Füzuli rayonundakı “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli ordunun əsgəri, 1992-ci il təvəllüdlü Elmir Adil oğlu Kərimov avtomat silahla özünə atəş açaraq intihar edib. İlkin məlumata əsasən əsgər ailəsində yaranmış problemdən sarsıntı keçirərək bu addımı atıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin intihar etməsi faktını təsdiqləyib.