Bakıda ev partladı

Bakıda ev partladı
Bütün Xəbərlər
11:50 06.02.2012
1127
Bakıda yaşayış evində partlayış baş verib. 
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, hadisə Xəzər rayonunun Türkan qəsəbə sakini Bəfalı Ramazanova məxsus evdə qeydə alınıb. Təbii qazın sızmasından yanğına keçən ani partlayış nəticəsində qapı və pəncərə çərçivələri dağılıb, evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Xəsarət almış ev sahibi, anası Sevil, oğlu Vüqar və qızı Sevil xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıblar.
OXŞAR XƏBƏRLƏR