Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
00:46 14.01.2012
1415
Bakıda və Abşeron yarımadasında yanvarın 13-dən 14-nə keçən gecə hava şəraitinin buludlu, bəzi yerlərdə çiskinli, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacaq.Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 85-95 faiz olacaq.Naxçıvan Muxtar Respublikasında gecə zəif qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.Temperaturun gecə 3-8° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.Temperatur gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında yanvarın 13-dən 14-nə keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 1-6° isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15° şaxta olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz hava üstünlük təşkil edəcək.Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında yanvarın 13-dən 14-nə keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq.
OXŞAR XƏBƏRLƏR