Cəlilabadda 15 yaşlı qız intihar edib.
Rayon prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, Günəşli kənd sakini, 1996-cı il təvəllüdlü Həsənova Rədimə Fuad qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.