Bakı şəhərində bədbəxt hadisə baş verib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, paytaxt sakini Qamət Hüseynov ehtiyatsızlığı nəticəsində metro stansiyasında platformadan relslərin üstünə yıxılıb. Hadisə metronun "Neftçilər" stansiyasında qeydə alınıb. Xəsarət almış Q.Hüseynov xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.