Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
01:27 17.11.2011
1573
Noyabrın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.AZXEBER.COM xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, axşam və gecə saatlarında yarımadanın bəzi yerlərində az yağışlı olacağı gözlənilir.Bakıda 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 65-70 faiz olacaq. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.Temperatur gecə 0-5° şaxta, bəzi yerlərdə 3° isti, gündüz 5-10° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq.Temperatur gecə 4-9° şaxta, gündüz 1- 5° isti olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacaq. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 1-6° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23° şaxta təşkil edəcək.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.Temperatur gecə 0-5° isti, gündüz 8-13° isti təşkil edəcək. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı, dumanlı olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR