Sabah Bakıda hava yağmursuz keçəcək

Sabah Bakıda hava yağmursuz keçəcək
Bütün Xəbərlər
13:53 28.11.2011
1510
Sabah Bakıda və Abşeron yarımadasında havanın tutqun, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda havanın temperaturu gecə 0°-dək, gündüz +5+7° təşkil edəcək. Abşeron yarımadasının bəzi yerlərində isə havanın dumanlı, az çiskinli, gündüz dəyişkən buludlu olacağı gözlənilir. Temperatur gecə -2°dən +2°-dək, gündüz +5+8° olacaq. Saniyədə 7-12 metr sürətlə şimal-qərb, axşam saniyədə 9-14 metr sürətlə cənub-qərb küləyi əsəcək. Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunu olacaq. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR