İran səfiri ermənilərə “qardaş” dedi

Bütün Xəbərlər
19:12 14.04.2011
1967
“İran erməniləri ölkə üçün ağır vaxtlarda öz müsəlman qardaşları ilə birlikdə vuruşublar”. Bu sözləri İtaliya və İran ermənilərinin birgə qurultayında çıxış edən İranın İtaliyadakı səfiri Seyid Məhəmməd Əli Hüseyn bildirib. Səfir ermənilərin ünvünına xeyli xoş sözlər işlədib və erməniləri “İranın şanlı tarixinin bir hissəsi” adlandırıb. 
“İran-İraq müharibəsi zamanı ermənilər müsəlman qardaşları ilə birgə səngərdə bir uzanmışdılar”-deyə səfir vurğulayıb.

Əli Hüseyn qeyd edib ki, İran Konstitusiyası orada yaşayan ermənilərin bütün dini və milli huquqlarını rəsmən tanıyıb. Ermənilər İran paralamentində 2 erməni depuatatla təmsil olunurlar.

OXŞAR XƏBƏRLƏR