Türkiyə XİN ermənilərin təxribatları ilə bağlı bəyanat yayıb

Bütün Xəbərlər
18:10 05.04.2011
1905

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ermənilərin xarici ölkələrdə Türkiyəyə qarşı təxribatlarını pisləyən bəyanat yayıb. XİN-nin mətbuat katibi Səlçuk Ünalın bildirdiyinə görə, son zamanlar bəzi erməni qrupların xarici ölkələrdə Türkiyənin reklamı məqsədi ilə həyata keçirilən tədbirlərə qarşı hücumları qeydə alınıb. Bu təxribatlara Beyrutda təşkil olunan Türk Geyim Sərgisi və Parisdə keçirilən Beynəlxalq Kitab Sərgisində rast gəlinib. 

"Bu cür təcavüzkar üsul və radikal milliyyətçi düşüncə keçmişdəki terror aktlarında da özünü göstərib. Türkiyə təxribatların və onları törədənlərin müvafiq ölkələrin inzibati orqanları tərəfindən araşdırılmasını və bu halların qarşısının alınmasını gözləyir", deyə bəyanatda bildirilib.

 

OXŞAR XƏBƏRLƏR