Rektor hicaba görə qovula bilər

Bütün Xəbərlər
19:37 29.12.2010
2022

Qahirədə Məadi məhkəməsi professoru cəzalandırıb. Qahirə Universitetinin rektoru, doktor Hüssam Kamel işindən kənarlaşdırmaqla yanaşı onu 200 funt cərimə ödəməyə vadar edib.
Səbəb isə rektorun universitetdə çalışan müəllimələrdən birinin işə niqabla gəlməsinə mane olmasıdır.

Müəllimənin vəkili Nəzar Qurabın dediyinə görə, Qahirə Universitetinin rektoruna bir qədər əvvəl məhkəmə bu işlə bağlı xəbərdarlıq etsə də, o, xəbərdarlığı nəzərə almaayıb: "Buna görə mövqud qanunvericiliyə görə, rektor işindən kənarlaşdırılmalı və həbs olunmalıdır".

Daha sonra vəkil rektora təklif edib ki, barışıq şərti qismində Misir Ali Məhkəməsinin ali təhsil müəssisələrində qadınların hicabla niqabda işə getmələrinə icazə versin. Yalnız bu şərt yerinə yetirələcəyi təqdirdə rektor işində qala bilər. //milli.az

 

OXŞAR XƏBƏRLƏR