2020-ci il Olimpiya Oyunlarına ən real namizəd Bakıdır - "GamesBids" saytı

2020-ci il Olimpiya Oyunlarına ən real namizəd Bakıdır - "GamesBids" saytı
GƏNCLİK
15:25 08.02.2012
2143

Nüfuzlu GamesBids beynəlxalq xəbər portalının keçirdiyi sorğunun nəticələrinə əsasən 2020 Olimpiya Oyunlarına namizədlik iddiasında olan 6 şəhər arasında Bakı böyük səs çoxluğu ilə digər şəhərləri arxada qoyub. 

Bu barədə AZXEBER.COM-a  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib. GamesBids saytının (www.gamesbids.com/eng/) “2020 Olimpiya Oyunlarına hansı şəhərin ev sahibliyi etməsini dəstəkləyirsiz?” sualına respondentlərin 50.63%-i, Bakının adını qeyd etmışlər. 10252 səs toplayan Bakı bu sorğuda İstanbul (16.29%), Tokio (12.86% ), Madrid (10.89%), Doha (5.61%) və Roma (3.72%) şəhərlərini geridə qoyaraq beynəlxalq xəbər portalının oxucularının daha böyük rəğbətini qazanıb. 

Sorğunun nəticələrini şərh edən Bakı-2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva bildirib: “GamesBids xəbər portalının sorğusunda 2020 Olimpiya Oyunlarına ev sahibliyi iddiasınında olan Bakı şəhərinə daha çox dəstək göstərilməsi məni şox sevindirir. GamesBids Olimpiya Oyunlarına hazırlıq, namizədlik prosesi və namizəd şəhərlər haqqında xəbər yayan ən nüfuzlu saytlardan biridir. Olimpiya Oyunları ilə dünyada maraqlanan bir çox oxucular məhz bu saytdan xəbər alır. Sorğuda iştirak edənlərin 50%-dən çoxunun Bakıya dəstək olması şəhərimizin və ölkəmizin dünyada ildən ilə daha çox tanınması, idmanımızın artan potensialı və Azərbaycanın Olimpiya Hərəkatında fəal mövqeyinin göstəricisidir. Əminəm ki, 2020 Olimpiya Oyunlarına Ev Sahibliyi etmək şərəfi bizə düşərsə həm Azərbaycan, həm də, bütün dünya üzrə Olimpiya Oyunlarına maraq göstərən vətəndaşların rəğbətini doğruldacaq və 2020-də ən gözəl Olimpiya Oyunlarından birini məhz Bakıda keçirəcəyik”. K.Nurullayeva onu da qeyd etdi ki, həmin portal eyni zamanda Beynəlxalq Olimpiya Komitəsi üzvlərinin də müntəzəm oxuduğu xəbər saytıdır. O, bu sorğunun nəticələrinin 2020 Olimpiya Oyunlarına Ev Sahibliyinə Namizəd şəhərləri müəyyənləşdirən BOK üzvləri tərəfindən nəzərə alınacağına ümid etdiyini bildirdi. “Bu fakt bir daha onu göstərir ki, ölkəmiz dünya idman aləmində, xüsusən də, Olimpiya Hərəkatında dünyanın aparıcı şəhərlərindən geri qalmır və bizim Olimpiya Oyunlarına namizədliyimizin irəli sürülməsi çox doğru addım idi. 2020 Oyunlarının Bakıda keçirilərsə biz birlikdə dünyaya Azərbaycanın əsl idman potensialını nümayiş etdirərik və Olimpiya ideallarını milyonlarla gənclər arasında yaymış olarıq” – deyə, Könül Nurullayeva qeyd etmişdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTO
23:44 26.02.2026
Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTO