BAKU AZƏRBAYCAN
8°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Bakıda silahdan havaya atəş açan şəxslər saxlanıldı

Bakıda silahdan havaya atəş açan şəxslər saxlanıldı
SOSİAL
13:58 26.03.2020
2213
Martın 24-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Priora” markalı avtomobilin sərnişini Bakı şəhər sakini olan bir qadını təhqir edib silahdan havaya atəş açıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, görülmüş tədbirlərlə martın 25-də Bərdə şəhəri ərazisində həmin avtomobilin sürücüsü, şəhər sakini Əli Əsədov saxlanılarkən idarə etdiyi avtomobili 3 avtomobilə vurub və orada xidmət aparan polis əməkdaşlarına müqavimət göstərərək sərnişinləri ilə birgə hadisə yerini tərk edib.

Həmin gün saat 12 radələrində Güloğlular kəndi ərazisində Ə.Əsədov və sərnişinləri olan həmyerliləri, əvvəllər məhkum olunmuş Fərid Aslanov (qadını təhqir edib silahla havaya atəş açmış) və Asif Süleymanov avtomobillə birgə saxlanılıblar.

Avtomobilə baxış zamanı 1 ədəd lüləsi və qundağı kəsilmiş "İJ-16” markalı tüfəng, 1 ədəd bıçaq və 73,83 qram marixuana aşkar edilərək götürülüb.

F.Aslanovdan 3,32 qram heroin, 1 ədəd beşbarmaq, A.Süleymanovdan isə 7,60 qram tiryək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:52 03.04.2020

Nazirlər Kabineti: Hər kəs qaydalara riayət etsə, virusa yoluxma azalacaq

21:44 03.04.2020

Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi

21:12 03.04.2020

İtaliyada bu gün koronavirusdan 766 nəfər öldü

21:02 03.04.2020

Koronavirusa yoluxanların çoxu Bakıdandır - Rayonların statistikası

19:44 03.04.2020

Xaliq Hüseynovdan maarifləndirici video: "Sabahımıza gedən yolu #evdeqal araq işıqlandıraq!"

19:41 03.04.2020

Məşhur stadion müalicə mərkəzinə çevriləcək

19:01 03.04.2020

Gənclər 70 ahıl və aztəminatlı ailəyə zəruri ərzaq məhsulları təqdim edib -Foto

18:34 03.04.2020

Bu ölkə Çinin sərhəd qonşusu olsa da, orada COVID-19-a yoluxma halı qeydə alınmayıb

18:23 03.04.2020

“Koronavirus təkcə ağciyərləri deyil, beyin və ürəyi də zədələyir” - Almaniyada həkim işləyən azərbaycanlı

18:15 03.04.2020

Koronavirusa qarşı peyvənd sınaqdan keçirildi

17:13 03.04.2020

DİN: Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur

17:10 03.04.2020

Binəqədi Rayon İcra Hakimiyyətinin sakinlərə - Video müraciəti

16:54 03.04.2020

Səbəbsiz yerə evdən çıxan sürücü və sərnişinlər 100 manat cərimələndi - FOTOLAR

16:36 03.04.2020

Bank of Baku Elektron Kommersiya Xidmətini PULSUZ etdi!

16:25 03.04.2020

“Azərsu”: Borca görə su kəsilməyəcək

16:09 03.04.2020

“Özlərini bilərəkdən ölümün qucağına atmasınlar” - Xəbərdarlıq