İranın cənubunda yerləşən Fars əyalətinin Honc şəhərində 4,7 bal gücündə zəlzələ olub.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ səhər saatlarında baş verib. Yeraltı təkanların ocağı 2 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar nəticəsində itki, xəsarət alan və dağıntının olub, olmadığı barədə məlumat yayılmayıb.