Kürdəmirdə 20 yaşlı gənc süni göldə boğulub

KRİMİNAL
19:00 07.06.2020
2356

Kürdəmir rayonunun Sovla kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun axtarışları başa çatıb. 

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bu barədə məlumat verilib. 

B.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR