"Əvvəllər belə şeylər olmurdu, amma indi gənclər arasında ölüm hallarına şahid oluruq” - MÜSAHİBƏ

MÜSAHİBƏ
18:55 04.07.2020
1290

Hamımız bilirik ki, bu gün həkimlər ön sırada görünməyən düşmənlə mübarizə aparırlar. Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, infeksionist Nicat Əzimli çox sayda insanın həyatını xilas edənlərdən biridir, amma təəssüf ki, özünü qoruya bilməyib və koronavirusa yoluxub. Xoşbəxtlikdən indi onun vəziyyəti yaxşılaşıb və tezliklə yenidən "döyüş bölgəsinə” qayıdacağına ümid edir.

Media.az xəstəliyin gedişi, ilk xəstələr və daha başqa şeylər barədə həkimlə söhbət edib.

- İlk simptomlarınız nə idi?

 

- İlk simptomlar əzələ ağrısı, narahatlıq, demək olar ki, tamamilə zəifləmə idi. Bunun gücləndirilmiş iş rejimi ilə əlaqəli olduğunu düşündüm (İntensiv terapiya şöbəsində gündə 12 saat işləyirdim). Ancaq bundan sonra digər simptomlar ortaya çıxdı: şiddətli baş ağrıları və ayaq ağrısı, temperatur 38,5 dərəcəyə qədər yüksəldi. Bir az boğazım ağrıyırdı, burun tutulması, tərləmə müşahidə edilirdi. Tənəffüs çatışmazlığının yaranması ilə boğulmalar başladı. Həmin an, prosesin ciyərlərə çatdığını anladım, kompüter tomoqrafiyası nəticəni təsdiqlədi. Diaqnoz: ağciyərlərin ikitərəfli sətəlcəmi. Vəziyyətim orta ağır qiymətləndirildi.

- Bir həkim və yoluxmadan sağalan bir insan kimi deyin, virus həqiqətən mutasiya edərək aqressivləşib?

- Əvvəllər virusun parlaq kliniki simptomları olan yaşlı xəstələr müalicə zamanı ciddi fəsadlar yaşayırdılar. Orta yaşlı və gənc insanlar, bir qayda olaraq, xəstəliyi asan keçirirdi. Son zamanlarda, bəlkə də bu pasiyentlərin sayının kəskin artması ilə əlaqədardır, xəstəlik demək olar ki, hamıda ağırlaşmalarla davam edir. Tədqiqat aparılmayana qədər bunun səbəbinin virusun mutasiyası olduğunu iddia edə bilmərik. Ancaq həkimlərin müşahidələrinə görə deyə bilərik ki, virus daha da aqressivləşib və indi əfsuslar olsun ki, gənclər arasında ölüm hadisələrinin şahidi oluruq.

- Mərkəzi Neftçilər Xəstəxanasında boş yerləriniz var?

- Xəstəxana gücləndirilmiş rejimdə işləyir, praktik olaraq boş yerlər yoxdur. Əlbəttə ki, müalicə olunan xəstələri evə buraxırıq, amma onların yerini yeni xəstələr tutur.

- Xəstələr necə müalicə olunur?

- Xəstə xəstəxanaya gətirildikdən sonra koronavirusun ağırlıq dərəcəsi müəyyən edilir, lazımi tibbi müayinə aparılır, yanaşı xroniki xəstəliklərin mövcudluğu öyrənilir, sonra müvafiq müalicə kursu təyin edilir.

Müalicədən danışarkən, bir qayda olaraq, antiviral, antibakterial dərmanlardan istifadə edilir, simptomatik, patogenetik və vitamin terapiyası aparılır. Daha ağır xəstələr üçün oksigen terapiyası təyin edilir, zərurət olduqda onlar ağciyərlərin süni ventilyasiyası cihazına qoşulur.

- Fikrinizcə, epidemiya nə vaxt aradan qalxacaq?

- Bu artıq bir epidemiya deyil, demək olar ki, bütün dünyanı bürüyən pandemiyadır. Tarixə nəzər yetirsək, bir qayda olaraq, pandemiyanın əksərən üç və ya daha çox il davam etdiyini görərik. Ancaq pessimist olmaq istəmirəm, bu gün elmin inkişafı elə bir səviyyədədir ki, əgər koronavirus infeksiyası üçün xüsusi profilaktik müalicə işlənib hazırlanarsa və ya peyvənd yaradılsa, virusu məğlub edə bilərik. Ümid edək ki, bu, ən qısa müddətdə reallaşacaq.




OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

16:27 13.08.2020

Müdafiə naziri: "TSQ-nin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini yerinə gətirəcək"

16:16 13.08.2020

Azərbaycanda növbəti tədris ili ilə bağlı yeni təkliflər hazırlandı

16:11 13.08.2020

Türkiyənin Müdafiə Naziri: “Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır”

16:09 13.08.2020

Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

16:00 13.08.2020

Los-Anceles polisi konsulluq qarşısında azərbaycanlılara hücum edən erməniləri axtarışa verdi

15:41 13.08.2020

Atasına yas mərasimi keçirən oğul cərimələndi - Foto

15:32 13.08.2020

Azərbaycan hərbçiləri Moskvaya yola düşdü

15:29 13.08.2020

Cəmi 15 dəqiqəyə Unibankda onlayn sahibkar hesabı aç!

X Mostbet