Laçının işğaldan azad edilməsi münasibətilə Bakıda avtoyürüş keçirildi - FOTO

SOSİAL
15:21 01.12.2020
72317
Bu gün Laçın rayonunun 28 illik işğaldan azad edilməsi münasibətilə Bakıda avtoyürüş keçirilib.

Bu barədə AZXEBER.COM-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Avtoyürüş Bakı sakinlərinin təşəbbüsü ilə Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciətindən sonra baş tutub. Yürüş iki marşrut üzrə keçirilib.

Avtomobillər Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə 20 nömrəli məktəbdən Şəhidlər Xiyabanına, Azneft meydanı, BŞİH, şəhərin mərkəzi küçələrinə, digər maşınlar isə Su İdmanı Sarayından Hökumət evi, sonra da mərkəzi küçələrə yollanıblar. 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR