İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil”

İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil”
SİYASƏT
21:28 28.09.2021
1219
"Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər”.

Bu fikirləri sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın "France-24” televiziya kanalına müsahibəsində "Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb. Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib” sualını cavablandırarkən deyib.

"Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. "Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman "yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır”, - dövlət başçısı deyib

Sonra Azərbaycan Prezidenti "Yəni, onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil?” sualını cavablandırıb:

"Tamamilə doğrudur, bu, artıq müzakirə mövzusu deyil”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
20:55 09.10.2026
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı
20:50 09.10.2026
Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb
20:47 09.10.2026
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb
Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi
20:40 09.10.2026
Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi
Şəkidə avtoqəza olub, sürücü ölüb
20:36 09.10.2026
Şəkidə avtoqəza olub, sürücü ölüb
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
20:31 09.10.2026
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - Foto
20:27 09.10.2026
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - Foto
Vinçenzo Montella Türkiyə millisindən qovuldu
20:21 09.10.2026
Vinçenzo Montella Türkiyə millisindən qovuldu
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
20:16 09.10.2026
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib
20:10 09.10.2026
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib
Masazırda “Mercedes Vito” yanıb
20:04 09.10.2026
Masazırda “Mercedes Vito” yanıb
Gələn həftə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək
20:03 09.10.2026
Gələn həftə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək
AZAL-ın Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıldı
19:58 09.10.2026
AZAL-ın Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıldı
Mirzoyan Hakan Fidanla telefon danışığı apardı
19:56 09.10.2026
Mirzoyan Hakan Fidanla telefon danışığı apardı
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
19:48 09.10.2026
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
Peskov: Putin Uitkoff və Kuşneri görməkdən həmişə məmnundur
19:37 09.10.2026
Peskov: Putin Uitkoff və Kuşneri görməkdən həmişə məmnundur