Rusiyanın Xalq artisti koronavirusdan öldü

Rusiyanın Xalq artisti koronavirusdan öldü
MAQAZİN
13:42 20.11.2021
413
Rusiyanın Xalq artisti Valeri Qarkalin 67 yaşında vəfat edib.

V.Qarkalin oktyabrda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti həkimlər tərəfindən stabil ağır olaraq qiymətləndirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Valeri Qarkalin 11 aprel 1954-cü ildə Moskvada anadan olub. Qarkalin "Şirli-Mırli”, "Mənim gözəl dayəm” və digər filmlərdəki rolları ilə tanınır.
OXŞAR XƏBƏRLƏR