ÜST COVID-in yeni ştammı ilə bağlı fövqəladə iclas çağırıb

DÜNYA
04:32 26.11.2021
293
Sabah Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrika və Botsvanada aşkar edilən və sürətlə yayılma potensialına malik koronavirusun yeni ştammını müzakirə etmək üçün fövqəladə iclas keçirəcək.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Qeyd edək ki, yeni ştammı - B.1.1.529-u mütəxəssislər daha təhlükəli hesab edirlər. Çünki bu, 32 fərqli mutasiyanı özündə cəmləşdirir, yüksək ötürmə qabiliyyətinə malikdir və peyvəndlərə qarşı müqavimət göstərə bilir.

Yeni ştamm Cənubi Afrikada tapılıb və artıq 22 yoluxma qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR