Azərbaycan XİN Ararat Mirzoyana cavab verdi

Azərbaycan XİN Ararat Mirzoyana cavab verdi
SİYASƏT
12:27 23.05.2023
539
Mayın 22-də Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən növbəti dəfə səsləndirilmiş qərəzli fikirləri qətiyyətlə pisləyirik.

Bu barədə XİN-dən AZXEBER.COM-a bildirilib.

Azərbaycanın "Laçın” sərhəd buraxılış məntəqəsi təsis etməsinin guya yolu bağladığı, bölgədə humanitar problemlər meydana gətirdiyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yaratdığı, bunun "etnik təmizləmə siyasətinin” tərkib hissəsi olduğu barədə əsassız iddiaları Ermənistan rəsmilərinin dəfələrlə təkrarlaması bu ölkənin reallıqları saxtalaşdırmaq cəhdidir. Keçid məntəqəsindən həm erməni sakinlərin, həm Beynəlxalq Qızıl Xaç Komitəsinin, həm də Rusiya sülhməramlı kontingentinin şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə keçdiyi bəllidir.

Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirməsi, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin çağırışlarına zidd olaraq işğala son qoymaması və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqdan imtina etməsi BMT TŞ üzvü Böyük Britaniyaya yaxşı məlumdur. Beləliklə, Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti öz rəvayətləri ilə çaşdırmaq səylərindən əl çəkməlidir.

Bununla yanaşı, Azərbaycan ərazisinə beynəlxalq missiya göndərilməsinin Ermənistan tərəfindən hələ də təşviq olunması, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə Azərbaycan hökumətinin dialoquna hər vəchlə mane olması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Ermənistan bölgədə sülh və əminamanlıq tərəfdarıdırsa, bu kimi müdaxilələrə son qoymalıdır.

Azərbaycan ərazisində erməni hərbi əsirlərin olması iddiasına gəldikdə qeyd edək ki, Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb. Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxribatlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş 2 nəfər Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur.

Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb