Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür
SOSİAL
01:01 15.06.2024
402
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

AZXEBER.COM xatırladır ki, bu, artıq uzun illər işğal altında olan Azərbaycan torpaqlarının əsarətdən qurtulduqdan sonra qeyd olunan dördüncü Milli Qurtuluş Günüdür.

Məhz 31 il əvvəl hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas edən ulu öndər Heydər Əliyevin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızı azad edib.

Bununla da Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə BMT-nin qətnamələrini döyüş meydanında təkbaşına icra edib. Beləliklə, 30 ilə yaxın müddət ərzində düşmənin zəbt etdiyi Azərbaycan torpaqları əsarətdən qurtulub.

Düz 31 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - FOTOLAR
16:13 11.07.2026
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - FOTOLAR
DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq
16:04 11.07.2026
DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq
İlham Əliyev Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində görülən işlərlə tanış olub - Fotolar
15:59 11.07.2026
İlham Əliyev Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində görülən işlərlə tanış olub - Fotolar
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - Video
15:43 11.07.2026
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - Video
Xamenei atasının və öldürülən digər iranlıların qisasının alınacağını bildirib
15:27 11.07.2026
Xamenei atasının və öldürülən digər iranlıların qisasının alınacağını bildirib
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub
15:17 11.07.2026
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub
Sürücülərin nəzərinə: Bu yollar bağlanır
15:01 11.07.2026
Sürücülərin nəzərinə: Bu yollar bağlanır
“Şeiri mən yazım, müəllif Sən ol...” - Foto
14:41 11.07.2026
“Şeiri mən yazım, müəllif Sən ol...” - Foto
Vyetnamda turist qayığının batması nəticəsində 15 nəfər ölüb
14:32 11.07.2026
Vyetnamda turist qayığının batması nəticəsində 15 nəfər ölüb
“Doğma elin simaları” kitabı işıq üzü görüb
14:24 11.07.2026
“Doğma elin simaları” kitabı işıq üzü görüb
“Mənim başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” - Video
14:21 11.07.2026
“Mənim başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” - Video
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
14:08 11.07.2026
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
Zərdabda narkotikin təsiri altında maşın sürən şəxs saxlanılıb
13:56 11.07.2026
Zərdabda narkotikin təsiri altında maşın sürən şəxs saxlanılıb
"Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram"
13:45 11.07.2026
"Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram"
Bakıda internat məktəbinin həyətində BIÇAQLANMA: Saxlanılan var
13:30 11.07.2026
Bakıda internat məktəbinin həyətində BIÇAQLANMA: Saxlanılan var
Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib
13:14 11.07.2026
Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib