2025-ci ilin dövlət büdcəsi TƏSDİQLƏNDİ

2025-ci ilin dövlət büdcəsi TƏSDİQLƏNDİ
MANŞET
14:53 16.12.2024
1375
Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında 2025-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdən danışıb.

Bəzi zəruri istiqamətlər üzrə xərclərin artırılması ilə bağlı, o cümlədən müzakirələr zamanı millət vəkillərinin irəli sürdüyü təkliflər də nəzərə alınmaqla təqdim olunan büdcə layihəsinə bir sıra dəyişikliklər məqsədəuyğundur.

Maliyyə naziri deputatları dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin layihələrini və büdcə zərfinə daxil edilmiş digər qanunvericilik aktlarını qəbul etməyə və onlara səs verməyə çağırıb, aşağıdakı dəyişiklikləri təqdim edib:

1. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarını və ona müvafiq olaraq büdcədənkənar xərclərini 40,0 milyon manat məbləğində artırmaq;

2. Əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilib. Bunun nəticəsi olaraq, təqribən 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi və tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərinin əlavə maliyyə təminatına yönəltmək. Bununla müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır.

3. Büdcə təşkilatlarında malların və xidmətlərin alınması üzrə xərclərin optimallaşdırılması yolu ilə əlavə 36 milyon milyon manat vəsaiti sərbəstləşdirmək və aşağıdakı istiqamətlər üzrə xərcləri artırmaq:

- Azərbaycan Respublikası Milli Məclisinin maliyyə təminatını əlavə olaraq 815,0 min manat məbləğində artırmaq;

- Möhtərəm Prezidentimizin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1,0 milyon manat və ya 20 faiz artırmaq;

- 2025-ci ildə Yaponiyanın Osaka şəhərində keçiriləcək Ümumdünya Sərgisində — Expo-2025-də ölkəmizin təmsil olunması xərcləri də daxil olmaqla, dövlət büdcəsində beynəlxalq fəaliyyət üzrə xərcləri 24 milyon manat artırmaq;

- ölkəmizin ixrac və investisiya potensialının təbliği ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 10,0 milyon manat ayırmaq;

4. 2025-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika və Su Ehtiyatları agentliklərinin səlahiyyətlərinin müvafiq olaraq "Azərenerji”, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülməsi ilə bağlı dəyişikliklərin və bununla bağlı müvafiq xərclərin dövlət büdcəsində əks etdirilməsi zərurəti yaranıb.

Müvafiq olaraq Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır və eyni məbləğdə vəsait Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir.

Nazirin sözlərinə görə, yuxarıda təklif olunan dəyişikliklərlə əlaqədar 2025-ci il üçün həm dövlət, həm də icmal büdcələrinin gəlir və xərcləri bərabər olaraq 40,0 milyon manat artır, yəni dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat, icmal büdcənin gəlirləri 43 milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon 400 min manat təşkil edəcək.

Dövlət və icmal büdcələrinin kəsirlərində hər hansı dəyişiklik baş verməyəcək və onlar ilkin təqdim olunmuş büdcə layihəsindəki kimi saxlanılır.

Dövlət büdcəsi haqqında qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
 
///Musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
22:46 17.10.2026
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Pakistanda 20 polis qaçırıldı
22:29 17.10.2026
Pakistanda 20 polis qaçırıldı
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
22:20 17.10.2026
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
22:08 17.10.2026
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?
21:59 17.10.2026
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?