Hava şəraiti kəskin dəyişəcək

SOSİAL
22:47 04.02.2025
413
Havanın temperaturu enəcək, yağış, qar yağacaq, yollar buz bağlayacaq.

AZXEBER.COM-un məlumatına görə, Milli Hidrometeorologiya Xidməti bununla bağlı əhaliyə xəbərdarlıq edib.

Qurumdan verilən məlumata görə, bəzi dağlıq rayonlarda fevralın 6-8-də gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.

Məlumata əsasən, sabahdan etibarən gözlənilən hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

Xidmət rəsmisi Gülşad Məmmədova deyib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Bu arada  Baş Dövlət Yol Polisi İdarəsi də hava şəraiti ilə bağlı müraciət edib.

Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalının artacağını nəzərə alaraq,  mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edirik-deyə məlumatda qeyd olunur.
 

OXŞAR XƏBƏRLƏR