Şəhidin atası vəfat etdi - Foto

Şəhidin atası vəfat etdi - Foto
SOSİAL
12:24 21.04.2026
273
Vətən müharibəsi şəhidi, kapitan İlkin Nəcəfovun atası Misirxan Nəcəfov vəfat edib.

AZXEBER.COM xəbər verir ki, o, yaşadığı Salyan rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, İ.Nəcəfov 1989-cu ildə Salyanın Şikarlı kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonra zabit kimi xidmət edib. 2020-ci il oktyabrın 16-da Hadrut istiqamətində gedən döyüşlərdə yaralanmış əsgərini döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olub.

"Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü” və "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
 

 


OXŞAR XƏBƏRLƏR