Bir vaxtlar qalib idik, indi finala həsrətik – Azərbaycanın “Avroviziya” tarixi

Bir vaxtlar qalib idik, indi finala həsrətik – Azərbaycanın “Avroviziya” tarixi
MAQAZİN
13:45 15.05.2026
868
Azərbaycanın "Avroviziya” tarixində iştirakı hər zaman maraqla izlənilib və bir çox unudulmaz nəticələrlə yadda qalıb. Lakin son illərdə bu uğurlu ənənəni davam etdirmək əvvəlki qədər asan olmayıb.

2008-ci ildən etibarən müsabiqəyə qatılan ölkəmiz qısa müddətdə Avropa musiqi səhnəsində diqqət çəkməyi bacarıb - bir dəfə qalib olub, bir neçə dəfə ilk üçlükdə və ilk beşlikdə yer alıb. Son illərdə isə Azərbaycan təmsilçiləri üçün finala yüksəlmək daha çətinləşib. Buna baxmayaraq, müxtəlif illərdə təqdim olunan ifalar və səhnə performansları tamaşaçıların yaddaşında qalmaqdadır.

AZXEBER.COM Azərbaycanın Avroviziyadakı qalibiyyətindən yarışmadakı zəifləmə dönəminə qədər olan tarixi ardıcıllığı diqqətinizə çatdırır:

Azərbaycan yarışmaya ilk dəfə 2008-ci ildə qoşulub. Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day” mahnısı ilə debüt edərək finalda 8-ci yeri tutublar. İlk iştirak üçün bu nəticə kifayət qədər uğurlu hesab olunurdu.

2009-cu ildə ölkəmizi Aysel Teymurzadə və Arash "Always” mahnısı ilə təmsil ediblər və 3-cü yerə layiq görülüblər.

2010-cu ildə Safura Əlizadə "Drip Drop” mahnısı ilə 5-ci yeri qazanıb.

2011-ci il isə Azərbaycanın "Avroviziya” tarixində ən parlaq səhifə kimi yadda qalıb. Nigar Camal və Eldar Qasımovun ifa etdiyi "Running Scared” mahnısı ölkəmizə tarixi qələbə qazandırıb.

2012-ci ildə Bakıda keçirilən müsabiqədə Səbinə Babayeva "When The Music Dies” mahnısı ilə 4-cü olub.

2013-cü ildə Fərid Məmmədov "Hold Me” mahnısı ilə 2-ci yeri tutub.
 
2014-cü ildə Dilarə Kazımova "Start A Fire” mahnısı ilə 22-ci olub.

2015-ci ildə Elnur Hüseynov ikinci dəfə "Avroviziya” səhnəsinə çıxaraq "Hour of the Wolf” mahnısı ilə 12-ci yeri tutub.

2016-cı ildə Səmra Rəhimli "Miracle” mahnısı ilə 17-ci olub. 2017-ci ildə Dihaj "Skeletons” mahnısı ilə 14-cü yeri tutub.

2018-ci ildə Aisel "X My Heart” mahnısı ilə yarımfinal mərhələsini keçə bilməyib.

2019-cu ildə Çingiz Mustafayev "Truth” mahnısı ilə finalda 8-ci olub və gözləntiləri müəyyən qədər doğruldub.

2020-ci ildə pandemiya səbəbindən müsabiqə keçirilməyib. 2021-ci ildə Samirə Əfəndi "Mata Hari” mahnısı ilə 20-ci yeri tutub.

2022-ci ildə Nadir Rüstəmli "Fade To Black” mahnısı ilə 16-cı olub.

2023-cü ildə Tural-TuranX qardaşları "Tell Me More” mahnısı ilə yarımfinalda mübarizəni dayandırıblar.

2024-cü ildə Fahree və İlkin Dövlətov "Özünlə Apar” mahnısı ilə finala yüksələ bilməyiblər.

2025-ci ildə "Mamagama” qrupu "Run with U” mahnısı ilə yarımfinalda qalıb.

2026-cı ildə isə Azərbaycanı "Just Go” mahnısı ilə Cəmilə Hüseynova təmsil edib. O da yarımfinal mərhələsini keçə bilməyib.

Beləliklə, Azərbaycan "Avroviziya” tarixində bir qalibiyyət, bir neçə TOP-5 və TOP-3 nəticə, eləcə də yadda qalan səhnə performansları ilə müsabiqə tarixində öz izini qoymağı bacarıb. Son illərdə nəticələr arzuolunan səviyyədə olmasa da, ölkəmizin bu səhnədə qazandığı təcrübə və yaratdığı musiqi irsi hələ də diqqət mərkəzindədir.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kiyevə hücumda azərbaycanlı həlak oldu
18:00 30.09.2026
Kiyevə hücumda azərbaycanlı həlak oldu
20 min manatı keçəndən sonra nə olacaq? – Azərbaycanda sabahdan pul köçürmələri ilə bağlı YENİ QAYDA
17:56 30.09.2026
20 min manatı keçəndən sonra nə olacaq? – Azərbaycanda sabahdan pul köçürmələri ilə bağlı YENİ QAYDA
Slovakiyanın özüyeriyən minaatanı ADEX-2026-da nümayiş olunub - FOTO
17:51 30.09.2026
Slovakiyanın özüyeriyən minaatanı ADEX-2026-da nümayiş olunub - FOTO
Bu ərazilərdə qaz olmayacaq
17:48 30.09.2026
Bu ərazilərdə qaz olmayacaq
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
17:44 30.09.2026
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
Azərbaycan və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı Bakıda sərgidə nümayiş olunur
17:42 30.09.2026
Azərbaycan və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı Bakıda sərgidə nümayiş olunur
İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb
17:37 30.09.2026
İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
17:32 30.09.2026
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
CENTCOM: ABŞ İraqdan qoşunlarını çıxarıb, İŞİD-ə qarşı 12 illik əməliyyat başa çatıb
17:27 30.09.2026
CENTCOM: ABŞ İraqdan qoşunlarını çıxarıb, İŞİD-ə qarşı 12 illik əməliyyat başa çatıb
Limit 20 mindən 50 minə qaldırıldı - Bu tarixdən
17:16 30.09.2026
Limit 20 mindən 50 minə qaldırıldı - Bu tarixdən
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOLAR
17:08 30.09.2026
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOLAR
Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib
16:59 30.09.2026
Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
16:55 30.09.2026
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
16:44 30.09.2026
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Hərbçilərin əməkhaqları artırılır
16:34 30.09.2026
Hərbçilərin əməkhaqları artırılır
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
16:14 30.09.2026
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit