Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. AZXEBER.COM xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.72 ABŞ dolları və ya 2,68% artaraq 104.40 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 101.68 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.