Övladlığa götürdükləri 12 yaşlı qız 37 yaşında çıxdı - İnanılmaz fırıldaqçılıq

Övladlığa götürdükləri 12 yaşlı qız 37 yaşında çıxdı - İnanılmaz fırıldaqçılıq
DÜNYA
10:22 04.06.2026
120
Braziliyada hər kəsi təəccübləndirən fırıldaqçılıq yaşanıb.

AZXEBER.COM xəbər verir ki, Joinville şəhərində Qabriele adlı 37 yaşlı bir qadın özünü 12 yaşlı uşaq kimi təqdim edərək ailəsi tərəfindən ağır zorakılığa məruz qaldığını və evdən qaçdığıdı deyərək yerli kilsəyə sığınıb.

Kilsə icması onun sözlərinə inanaraq qadına maddi yardım göstərib, hətta onu övladlığa götürmək üçün bir ailə tapıb.

Ailə tərəfindən övladlığa götürülən qadın, uşaq obrazını tamamlamaq üçün daim körpə yemək şüşəsi və əmzikdən istifadə edərək, ailəni aldatmaq üçün saxta panik ataklar yaşayıb.
 
14 ay davam edən bu inanılmaz fırıldaqçılıq qohumlarından birinin vəziyyəti polisə bildirməsi ilə üzə çıxıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirərək qadını həbs ediblər. O, dindirilmə zamanı cinayətini etiraf edib.
 
Fırıldaqçı məhkəmə qarşısına çıxarılaraq həbs edilib.
 
Aysel

 

 

 


OXŞAR XƏBƏRLƏR