Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA

Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
SOSİAL
11:25 12.06.2026
373
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 12-si saat 11:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Kişçayda (Şəki) 27, Şahdağda 20, Daşkəsəndə 14, Sarıbaşda (Qax) 13, Göygöl, Gədəbəydə 10, Oğuzda 8, Xaltanda 7, Gəncədə 6, Zərdab, Qəbələ, Tovuz, Ağstafada 5, Şamaxı, Naftalanda 4, Bərdədə 3, Goranboy, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Zaqatalada 2, Şəmkir, Balakən, Qobustan, Quba, Qusar, Xaçmaz, Xınalıq, Xızı, İsmayıllı, Tərtər, Mingəçevir, Sabirabadda 1 mm-dək qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR