Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı
SİYASƏT
09:12 23.07.2026
686
Azərbaycan Avropa Birliyi ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa üstünlük verir. Bu mövqe imzalanan sənədlərdə və diplomatik danışıqlarda ardıcıl şəkildə əksini tapıb. Ölkəmizlə Avropa Birliyi arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir.

​O cümlədən, 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri də ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı baxımından mühüm hadisə kimi yadda qaldı. 

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüş və verilən bəyanatlar tərəflər arasında siyasi dialoqun daha da möhkəmləndiyini və qarşılıqlı əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Dövlət başçımız bəyanatında Azərbaycanın regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına daim töhfə verdiyini xüsusi vurğulayaraq qeyd etdi ki, ölkəmiz beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq regional əməkdaşlığın genişlənməsinə və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə böyük önəm verir. Bu baxımdan Avropa İttifaqı ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biri hesab olunur.  

​Görüş zamanı enerji təhlükəsizliyi məsələsi də xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyev Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu da vurğulayaraq bildirib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Xüsusilə təbii qazın Avropa bazarlarına çatdırılması və enerji layihələrinin genişləndirilməsi sahəsində əldə olunan uğurlar Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının strateji əhəmiyyətini daha da artırır. 

​Bəyanatda həmçinin regional sülh gündəliyi də geniş şəkildə müzakirə olunub. Azərbaycan rəhbərliyi Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün konstruktiv mövqeyini bir daha nümayiş etdirib. Prezident İlham Əliyev ölkəmizin sülh təşəbbüslərinə sadiq olduğunu və regionda uzunmüddətli sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Səfər çərçivəsində aparılan müzakirələr göstərib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Tərəflər həmçinin qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi və tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini də vurğulayıblar. Bu baxımdan Antonio Koştanın Azərbaycana səfəri və aparılan müzakirələr iki tərəf arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün mühüm mərhələ kimi qiymətləndirilə bilər. 

​Beləliklə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyevin verdiyi bəyanat ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini, Azərbaycanın regionda sülhün və əməkdaşlığın təşviqində mühüm rol oynadığını bir daha nümayiş etdirdi. Bu səfər həm də Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi platforma yaratdı. 
 
İman ABDUYEV, politoloq
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı