AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq”ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Abbas Mirzə Şərifzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Vasif Əliyev küçələrinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Aşıq Alı, Yəhya Bakuvi küçələrinin bəzi yerlərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə saat 10:00-dan 16:00-dək Suraxanı rayonu Hövsan bağları, Kondisioner bağları və Hövsan-Türkan yolu bağlar yaşayış massivlərinin bir hissəsini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.











































