Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
SOSİAL
11:05 31.08.2026
235
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yağışlı hava ilə bağlı xəbərdarlıq edib.

AZXEBER.COM xəbər verir ki, gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə yollarda hərəkət zamanı diqqətli və məsuliyyətli davranmaları tövsiyə olunub.

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, yağıntı zamanı yol örtüyünün sürüşkən olması, görünüş məsafəsinin azalması və nəqliyyat vasitələrinin tormoz məsafəsinin uzanması qəza riskini artıran əsas amillərdəndir.

İdarə sürücülərə yağışlı hava şəraitində sürəti yolun və hava şəraitinin imkan verdiyi təhlükəsiz həddə qədər azaltmağı, qarşıdakı nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmağı, kəskin manevrlərdən və qəfil tormozlamalardan çəkinməyi tövsiyə edir.

Baş Dövlət Yol Polisi İdarəsi həmçinin xatırladır ki, yol nişanında göstərilən maksimal sürət həddi hər bir hava şəraitində həmin sürətlə hərəkətin təhlükəsiz olduğu anlamına gəlmir. Sürücü yol və hava şəraitini düzgün qiymətləndirərək sürəti təhlükəsiz idarəetməni təmin edəcək səviyyədə seçməlidir.

Yağışlı havada sürətin azaldılması yalnız ehtiyat tədbiri deyil, yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biridir.
OXŞAR XƏBƏRLƏR