Hövsanda içməli suyun verilişi müvəqqəti dayandırılacaq.
AZXEBER.com xəbər verir ki, Hövsan kəndini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Bildirilib ki, təmir-bərpa işləri səbəbindən 1 sentyabr günorta saatlarınadək Hövsan kəndində içməli suyun verilişi məhdudlaşdırılacaq.
Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istənilib.










































