Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama

Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
SOSİAL
14:47 10.10.2026
200
"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib. Bu, müvəqqəti dəyişiklikdir və narahatlığa əsas yoxdur”.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

Onun sözlərinə görə, hazırda məlumatların emal prosesi gedir: "Çünki hazırda işəgötürənlər tərəfindən cari ilin III rübü üzrə sosial sığorta haqlarına dair təqdim olunmuş hesabatların elektron sistemdə emalı prosesi aparılır.

Bu prosesdə vətəndaşların pensiya kapitallarında əks olunan bəzi məlumatlarda müvəqqəti dəyişikliklər müşahidə oluna bilər.
Emal prosesinin 11 oktyabr saat 17:00-dək başa çatdırılması gözlənilir. 

Texniki proses başa çatdıqdan sonra şəxsi kabinetlərdə məlumatlar dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş formada əks olunacaq”.
OXŞAR XƏBƏRLƏR