Görkəmli şair, tərcüməçi, "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuş Ayaz Vəfalı vəfat edib.
AZXEBER.COM Ölkə.az-a istinadla xəbər verir ki, bunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan bildirib.
A.Vəfalı 89 yaşında dünyasını dəyişib.

Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb (1954-1959).
Mərhum şair əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlayıb. Burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olub (1960-1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976-1977) yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977-1978), məsul katib (1978-1993), baş redaktorun müavini (1993-1996) vəzifələrində çalışıb. 1996-2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub.
Allah rəhmət etsin!











































