AZXEBER.COM-un “Doğan” agtentliyinə (DHA) istinadən xəbər verir ki, hadisə ötən axşam yerli vaxtla saat 18.30-da (Bakı vaxtıyla 20.30) fakultənin həyətində baş verib. Bir anda alışaraq yanan tələbəyə əvvəl universitetin işçiləri, daha sonra hadisə yerinə çağırılan yanğınsöndürmə briqadasının əməkdaşları və təcili yardım həkimləri müdaxilə edib. Şanlıurfa Təlim və Araşdırma xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan yaralının vəziyyəti ağırdır.Faktla bağlı araşdırmalara başlayan polis ilkin ehtimala görə, tələbənin psixoloji problemləri səbəbilə belə bir addım atmış ola biləcəyini qeyd edib.