Bakı Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı Sumqayıt şəhər sakini Mahir Dəmirovun məhkəməsi başa çatıb.
Gün.Az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə M.Dəmirov qəsdən adam öldürmədə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, bu ilin aprel ayının 8-də M.Dəmirov Rəşid İbişov, Tural və Nəriman adlı tanışları çayxanada çay içən zamanı Rəşid onun telefonundakı şəkillərə baxıb. R.İbişov telefonda olan Mahirin qız tanışlarından birinin şəkilini öz telefonuna köçürüb. Bu səbəbdən də tanışlar arasında mübahisə yaranıb. Nəticədə M.Dəmirov R.İbişovu cibində olan bıçaqla qətlə yetirib.