05:15 çərşənbə Axşamı, 18 Iyun 2019
GƏNCLİK

Ümümdünya Konüllülər Gününə həsr olunmuş xeyriyyə tədbiri keçiriləcək

21:33, 06.12.20102082
Ümümdünya Konüllülər Gününə həsr olunmuş xeyriyyə tədbiri keçiriləcək

Kampaniyanın davamı kimi,  5 dekabr 2010-cu il tarixində Landmarkın Rotunda zalında Ümumdünya Könüllülər Gününə həsr olunmuş xeyriyyə tədbiri keçirildi. Tədbir konsert proqramından ibarət idi. Konsert Proqramı DJ Rövşən və yerli ulduzların iştirakı ilə keçdi.
Qeyd edək ki, tədbirdən yığılan bütün məbləğ Pakistandakı daşqınların qurbanları və daşqınlardan əziyyət çəkmiş insanlara dəstək kimi göndəriləcək. Tədbirdə müxtəlif Ali Təhsil Ocaqlarından 40-dan çox tələbə iştirak etdi. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatnın Azərbaycandakı nümayəndəliyinin rəsmiləri və ATGTİ sədri Şahin İsmayilov da iştirak edib.

İlk öncə iştirakçılar qarşısında çıxış edən AFUNI prezidenti Aysel Əsgərova bu gün gənclərin Könüllü olaraq bir çox sahələrdə fəaliyyətindən söz açdı və bu gün burda toplaşmış bütün gənclərə təşəkkür etdi. Daha sonra çıxış edən ATGTİ sədri Şahin İsmayilov xeyriyyə aksiyanın vacibliyini vurğuladı və qeyd etdi ki, “Pakistandakı daşqınlardan zərərçəkənlərə yardım etmək bizim hər birimizin mənəvi borcumuzdur”.

Daha sonra gecə məhşur müğənnilərin ifaları və rəqslərlə davam etdi.
Qeyd edək ki, daha əvvəl “10 Günlük Fəallıq” kampaniyası çərçivəsində Park Bulvar Ticarət Mərkəzində 1 Dekabr 2010-cu il tarixində Beynəlxalq QİÇSlə Mübarizə günü qeyd edildi. 2 Dekabr 2010-cu il tarixində Bakı Slvayan Universitetində Mədəniyyətlər arası dialoq mövzusunda seminar keçirildi. 3 Dekabr 2010-cu il tarixində Azərbaycan Dillər Universitetində gənc liderlərə əlavə maliyyə vəsaitinin toplanılması (fandreyzinq) təlimləri keçirildi.

XƏBƏR LENTİ