23 ildən sonra hamilə olduğunu öyrəndi, səhəri gün ana oldu - Azərbaycanda qəribə hadisə

TOP4
22:56 11.01.2019
19661
Azərbaycanda tibb sahəsində maraqlı hadisə baş verib.

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən məlumatına görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Rəsulova Afət Ziyad qızı 23 il sonra ilk dəfə ana olub. Belə ki, mədə ağrısı şikayəti ilə həkimə müraciət edən qadın 9 aylıq hamilə olduğunu öyrənib.

Bir gün sonra Gəncə Regional Perinatal Mərkəzdə həyata keçirilən qeysəriyyə əməliyyatı ilə qadının qız övladı dünyaya gəlib. Körpə 2 kq 900 qram çəkidə doğulub.

Hazırda xəstəxanada olan ana ilə körpənin səhhəti yaxşıdır.

OXŞAR XƏBƏRLƏR