23 yaşlı “tiktok”er sevgilisini öldürməkdə ittiham edilir - Edam edilən bilər

23 yaşlı “tiktok”er sevgilisini öldürməkdə ittiham edilir - Edam edilən bilər
DÜNYA
23:10 25.06.2026
206
Dünya şöhrətli "tiktok”er Brooke George Dubayda sevgilisini öldürməkdə ittiham olunur.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, onun təqsiri sübut edilsə, güllələnərək edam oluna bilər.

Məlumata görə, 23 yaşlı britaniyalı Brooke George sevgilisini bıçaqlayaraq öldürməkdə ittiham edilir. 

O isə hadisənin özünümüdafiə zamanı baş verdiyini iddia edir. 

Hazırda iş araşdırılır və məhkəmə qərarı verilməyib. İnsan hüquqları təşkilatı onun zorakılığın qurbanı olduğunu və ədalətli araşdırma aparılmalı olduğunu bildirir.

 


OXŞAR XƏBƏRLƏR