230-dan çox insan “Azercell”in ödənişsiz göz müayinələrindən yararlanıb

İQTİSADİYYAT
21:44 19.07.2019
5200
Ən son texnologiyaların tətbiqi ilə insan həyatının keyfiyyətini artırmağı hədəfləyən Azercell Telekom ödənişsiz göz müayinələrinin təşkilini davam etdirir. Belə ki, cari ilin aprel-iyun ayları ərzində 230-dan çox insan "Azercell”in "Mobil Göz Klinikası”nın oftalmoloji müayinələrindən keçib.

Səkkiz illik fəaliyyəti dövründə müasir avadanlıqla təchiz olunmuş klinika Bakı da daxil olmaqla, Azərbaycanın əksər rayonlarında yerləşən uşaq və ahıllar evlərinə, internat məktəblərinə səfərlər etmiş, 7500-dən çox insana xidmət göstərib. Bu müayinələr zamanı ehtiyac yaranan hallarda müalicələr təyin edilib, optik eynəklər paylanıb.

Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan "Mobil Göz Klinikası”nın xidmətlərindən ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan "Azercell”in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi "Azercell”in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s.

2012-ci ildə "Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

"Azercell” ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:08 07.08.2020

Hikmət Hacıyevin müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib - FOTO

23:43 06.08.2020

Rusiyada koronavirus preparatı patentləşdirildi

23:09 06.08.2020

Türkiyədə son sutkada koronavirusdan 14 nəfər ölüb

22:40 06.08.2020

Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

22:23 06.08.2020

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

22:00 06.08.2020

“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir

21:54 06.08.2020

Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

21:23 06.08.2020

Ermənistana məxsus daha bir PUA məhv edildi

20:35 06.08.2020

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

X Mostbet