50 min izləyicisi var idi, 25 milyon oldu - DÇ-ın parlayan ulduzu 40 yaşlı Vozinya kimdir?

50 min izləyicisi var idi, 25 milyon oldu - DÇ-ın parlayan ulduzu 40 yaşlı Vozinya kimdir?
ÖZƏL
11:44 05.07.2026
477
Kapo Verde milli komandasının 40 yaşlı qapıçısı Vozinya 2026-cı il Dünya Çempionatındakı uğurlu çıxışı ilə sosial şəbəkələrdə nadir rast gəlinən rekorda imza atıb. 

AZXEBER.COM xəbər verir ki, turnir başlamazdan əvvəl "Instagram” hesabında cəmi 50 minə yaxın izləyicisi olan təcrübəli qapıçının İspaniya və Argentina ilə matçlardan sonra izləyicisi 25 milyona çatıb.

Qeyd edək ki, Vozinyanın (Vozinha) tam adı Josimar Jose Evora Diasdır. 

3 iyun 1986-cı ildə anadan olan təcrübəli qolkiper 2026-cı il etibarilə 40 yaşındadır. 

Hazırda Chaves klubunun formasını geyinən qapıçı DÇ-da ən çox parlayan futbolçu olub.
OXŞAR XƏBƏRLƏR